2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almaniyada bir qrup mühacir Zahid Orucun çağırışı ilə bağlı Bundestaqa müraciət edib |

“İndi Əliyev Avropadakı tənqidçilərini susdurmaq niyyətindədir”

Almaniyada yaşayan bir qrup mühacir jurnalist deputat Zahid Orucun Avropa ərazisində terrora çağırışı ilə bağlı Almaniya Bundestaqının prezidenti Berbel Basa və Almaniyanın daxili işlər naziri Nensi Faserə müraciət edib.

Zahid Oruc bir müddət öncə parlamentdə çıxış edərək Avropada İlham Əliyevi tənqid edən şəxlərin bütün vasitələrdən istifadə edilərək zərərsizləşdirilməli olduğunu demişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Mühacirlərin yaydığı mətndə deyilir ki, İlham Əliyev Zahid Oruc vasitəsilə Avropa liderlərinə, eləcə də mühacirlərə mesajını çatdırıb.

Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı bildirir ki, Əliyevin siyasi rəqiblərini həm ölkə daxilində, həm də xaricdə terrora məruz qoymasını nəzərə alaraq, real təhlükə barədə Almaniyanın daxili işlər nazirini xəbərdar ediblər:

“Xanım nazirdən Almaniya ərazisində yaşayan fəal azərbaycanlı jurnalist və siyasi mühacirlərin təhlükəsizliyinin artırılmasını xahiş etdik”.

Bundestaqın prezidentindən (parlamentin spikeri) Zahid Oruc da daxil olmaqla, Azərbaycan hakimiyyətində təmsil olunan aqressiv məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə qanunverici akt qəbul edilməsinə təşəbbüs göstərməsi də xahiş edilib:

“Sanksiyalar məsələsi ilə bağlı Bundestaqın fraksiya sədrlərinə də müraciət edəcəyik. Eyni zamanda, sanksiyalar paketinin birgə hazırlanmasını təklif edəcəyik”.

Mühacirlər bildirirlər ki, İlham Əliyev vargücü ilə Rusiya-Ukrayna müharibəsindən yararlanaraq, siyasi rəqiblərini və tənqidcilərini məhv edir. Görünməmiş repressiyaların əsl səbəbi post-müharibə dönəmində Azərbaycanda yeganə siyasi qüvvə kimi qalmaqdır. Bununla da Qərbi özü ilə anlaşmağa məcbur edəcəyini düşünür:

“Tənqidi medianın susdurulması da bu siyasətin tərkib hissəsidir. İndi Əliyev Avropadakı tənqidçilərini susdurmaq niyyətindədir. Artıq tənqidçilərini məhkəmələrlə şantaj edir. Məhkəmə ilə istəyinə nail olmazsa, terrora əl atacağı ilə Avropanı hədələyir. Amma əmin olun ki, Əliyevin imkanları qeyri-məhdud deyil. Həm ölkə daxilində, həm xaricdə hamını susdura bilməyəcək”.

“Əliyevi əmin edirəm ki, post-müharibə dövrünə Azərbaycanda yeganə siyasi qüvvə olaraq qala bilməyəcək”, – Əfqan Muxtarlı bildirib.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır. “Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən “III Respublika” Platformasının ofisində axtarış aparılıb. “III Respublika” Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis “III Respublika” Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button