2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Almaniyada danışıqlar: Sülhün mümkün olduğu bildirilir

Fevralın 28-də Berlin şəhərində Almaniya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşü keçirilib.

Toplum TV xəbər verir ki, görüş əsnasında Almaniya XİN başçısı Annalena Berbok iki ölkə arasında sülhün mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, hər iki ölkə böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün cəsarətli addımlar atıblar:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar. Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır”.

Bildirilir ki, üçtərəfli görüşdən sonra Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli formatda danışıqlar aparıblar. Razılaşmaya əsasən, müzakirələr fevralın 29-da davam etdiriləcək.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button