Bizim tərcümə

Almaniyada tətilə görə 300-dən çox aviareys təxirə salınıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-27 13:42:02

class=”medianet-inline-adv”>

Almaniyada tətil dalğası davam edir. Verdi həmkarlar ittifaqının Şimali Reyn-Vestfaliya əyalətində keçirdiyi 24 saatlıq tətilə görə 300-dən çox reysin ləğv edildiyi bildirilir. Düsseldorf Hava Limanı rəsmiləri tətil səbəbiylə planlaşdırılan 330 uçuşdan 205-nin ləğv edildiyini, 29-nun isə başqa hava limanlarına yönləndirildiyini açıqlayıb. Köln Bonn Hava Limanı rəsmiləri bildiriblər ki, ötən gecə 136 sərnişin uçuşundan 131-i ləğv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Verdi İttifaqından verilən açıqlamada tətillərlə yanaşı, gün ərzində bir neçə etiraz nümayişinin də keçirilməsinin planlaşdırıldığı bildirilib.

Verdi həmkarlar ittifaqı, yaşayış xərclərinin artması fonunda maaşlarının yetərli olmadığını əsas gətirərək, dövlət sektoru işçilərinin, hava limanının yerüstü xidmət işçilərinin və mühafizəçilərin maaşlarının artırılmasını tələb edir. Həmkarlar ittifaqı işçilər üçün 10,5 faiz və ya ən azı 500 avro artım istəsə də, indiyədək iki tərəf arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button