2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Almaniyadan deportasiya olunan AXCP üzvünə prokuror 7 il 6 ay həbs tələb etdi

Yayımlandı: 6 Yanvar 2023 17:58

Vəkil çıxış üçün vaxt istədi

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs olunan daha bir siyasi fəalın – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, ona 7 il 6 ay həbs cəzası verilməsini təklif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Cəfər Mirzəyevin vəkili Nemət Kərimli müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. AXCP fəalının məhkəməsi yanvarın 13-də vəkilin çıxışıyla davam edəcək. Ardınca özü son sözünü deyəcək və hökm oxunacaq.

Cəfər Mirzəyev özünü təqsirli bilmir, siyasi baxışlarına, hökumətin ünvanına səsləndirdiyi tənqidlərinə, etiraz aksiyalarında iştirakına görə şərlənərək həbs olunduğunu bildirir. Onun sözlərinə görə, narkotik ittihamı şər-böhtandır, mağazada olarkən mülki geyimli şəxslər tərəfindən zorakılıqla saxlanılaraq, polis idarəsinə gətirilib. Orada işgəncəyə məruz qaldığını vurğulayan AXCP üzvünün sözlərinə görə, etiraf videosunda üzündəki xəsarət də bunu sübut edir.

Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların arasında Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və başqaları var.

Bu siyasi fəalların heç biri özlərini təqsirli bilmir, narkotik ittihamının cəfəngiyyat olduğunu, sosial şəbəkələrdəki tənqidlərinə, Almaniyada olarkən Azərbaycanda siyasi məhbus problemi, insan haqlarının pozulması hallarıyla bağlı etiraz aksiyalarında iştiraklarına görə cəzalandırıldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button