2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Amerika prezidenti xalqa müraciət etdi

Donald Tramp: Mən hava bazasını vurmaq əmri vermişəm

“Mən bu gün kimyəvi hücumların qaynaqlandığı hava bazasını vurmaq əmri vermişəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Amerika prezidenti Donald Tramp Amerika xalqına müraciətində belə deyib.

Suriyadakı hədəflərə endirilən kruiz raket zərbələrinin ardınca D.Tramp Amerika xalqına müraciətlə çıxış edib.

Amerika prezidenti deyib ki, ölümcül əsəb qazından istifadə edən Əsəd günahsız kişi, qadın, və uşaqların canlarını boğaraq alıb.

Suriya prezidenti Bəşar əl-Əsədin günahsız mülki vətəndaşlarıa qarşı “dəhşətli kimyəvi silahlarla” hücum etdiyini vurğulayan D.Tramp “Suriya diktatorunun” öz xalqına qarşı əməllərini kəskin pisləyib.  O, habelə Əsədi regionda sabitliyi pozmaqda, qaçqın böhranını dərinləşdirməkdə ittiham edib.

D.Tramp bəyan edib ki, kimyəvi silahlardan istifadə və onun yayılması ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir və bunun qarşısını almaq Vaşinqtonun borcudur. Amerika prezidenti Suriya rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının və Kimyəvi Silahlar üzrə Konvensiyanın müddəalarını kobud şəkildə pozduğunu önə çəkib:

“Amerika ədalət uğrunda çarpışır, ümid edirik sonda sülh və harmoniya bərqərar olacaq. Biz bu qayğılı dünyamızda üzləşdiyimiz sınaqlara sinə gərmək üçün Tanrıdan idrak umuruq. Mən bütün sivil dünyanı Suriyada qan-qadaya son qoymaq üçün bizim səylərə qoşulmağa çağırıram”.

Donald Tramp əvvəlki bəyanatlarında qeyd edib ki, kimyəvi hücum qurbanlarının televiziyadakı görüntüləri onda dərin iz buxarıb. (Amerikanın səsi)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button