2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ANS-dən o dünyaya müraciət

Yayımı dayandırılımış ANS telekanalının kollektivi 14 il öncə dünyasını dəyişən eks-prezident Heydər Əliyevə müraciət ünvanlayıb. “İstipress.com” saytının dərc etdiyi müracətdə kollektiv problemdən çıxış yolu qalmadığını, nəhayətdə ona üz tutduqlarını qeyd edib.

Müraciətdə deyilir ki, artıq 10 aydır keçmiş Sovetlər Birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Kollektiv telekanalın arxivini əldə edə bilmədiklərindən şikayətlənib:

Saytların yığılması Saytlarin yigilmasi

“Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bizə yalnız sükutla cavab verirlər. Səs verdiyimiz Prezidentə səsimiz gedib çatmır. ANS 25 illik keçmişindən məhrum edilib. Otaqlarımızın qapısı hüquq-mühafizə orqanlarının əmri ilə möhürlənib. Öz əmlakımıza əl vura bilmirik”.

Kollektiv Heydər Əliyevdən ümid gözlədiyini yazıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button