2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya edilmiş fəalın barəsində hökmü qüvvədə saxlayıb

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində Almaniya Federativ Respublikasından deportasiya edildikdən sonra həbs olunmuş fəal Samir Aşurovun barəsində hökmə dair şikayətə baxılıb.

Bundan əvvəl, 18 dekabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma)  və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək  6,5 il azadlıqdan məhrum edib.

Müdafiə tərəfi hökmdən şikayət edib və Aşurova bəraət verilməsini istəyib. Lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayaraq şikayəti təmin etməyib. Hazırda müdafiə tərəfi  Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Son sözündə Aşurov onun boynuna qoyulan cinayəti törətmədiyini bildirib.

* Aşurov antihökumət aksiyalarında iştirak edib və iki inzibati həbsdən sonra 2018-ci ildə Almaniyaya mühacirət edib.  Diqqəti Azərbaycanda insan hüquqları probleminə cəlb etmək məqsədilə orada da aksiyalarda iştirak edib.

29 mart 2022-ci ildə deportasiya edilib, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsi bıçaqla yaralamaqda ittiham olunub. Hüquq müdafiəçiləri Samir Aşurovu “siyasi məhbus” kimi tanıyıblar və hesab edirlər ki, təqibin əsl səbəbi insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirak etməsidir.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button