2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Arif Hacılı qaydanı pozmadığını, amma cərimələndiyini deyir

Yayımlandı: 28 Oktyabr 2022 16:27

“Çəkiliş söhbətinə görə səhv olduğunu deyib üzr istədilər”

Oktyabrın 28-də Müsavat Partiyasının başqanı Arif Hacılı yaşadığı binanın yaxınlığında yol polisi tərəfindən saxlanılıb. Polislər partiya başqanını yol hərəkəti qaydasını pozmaqda ittiham ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Partiyanın üzvləri sosial şəbəkələrdə başqanın qəsdən saxlanıldığını yazsalar da, Arif Hacılı Meydan TV-yə səhv anlaşıldığını deyib.

Onun sözlərinə görə, polislər əvvəl onu qanunsuz çəkiliş aparmaqda ittiham edərək bölməyə aparmaq istəyiblər:

“Sonra yol hərəkətini pozduğumu söylədilər. Dedilər, qoşa xətti tapdamışam. Amma çəkiliş söhbətinə görə səhv olduğunu deyib üzr istədilər. Belə izah etdilər ki, tanımayıblar. Doğrusu, əvvəl qəsdən saxladıqlarını düşündüm, ona görə bir qədər sərt danışdım, çünki qaydanı pozmamışdım, çəkiliş də etmirdim”.

Arif Hacılı protokol tərtib edildiyini, cərimələndiyini söyləyib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button