2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb

Bakı/19.12.23/Turan: Müsavat Partiyasının rəhbəri Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb, Turan-a vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, dekabrın 19-da Bakının Yasamal Rayon Məhkəməsi Hacılının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

“İstintaq 50 gündür davam edir və bu müddətdə Orxan Hacılının həbsdə saxlanılması üçün əsaslar aradan qaldırılıb, ona görə də biz vəsatət qaldırdıq. Məhkəmə bizim vəsatətimizi əsaslı hesab etdi”, – Kərimli deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Müsavat Partiyasının rəhbəri Arif Hacılı oğlunun azad edilməsini müsbət fakt adlandırıb.

“Son həbs dalğası Orxanın həbsilə başladı. Ümid edirəm ki, azadlıq dalğası da onun azad edilməsilə başlayacaq”, – Arif Hacılı deyib.

* Noyabrın 2-də Bakının Yasamal Rayon Məhkəməsi Orxan Hacılını Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti qaydalarının pozulması, sağlamlığa az ağır ziyan vurmaqla) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmək) maddələrilə 2 ay müddətinə həbs edib. O, oktyabrın 11-də başqa avtomobilin sürücüsünün günahından baş vermiş qəza üzrə cəlb edilib.- 21B16 / 06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button