2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

AŞPA-nın payız sessiyasıdır

Oktyabrın 10-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 10-dan 15-dək Strasburqda keçiriləcək payız plenar iclasında İrlandiya Prezidenti Maykl Hiqqins, İsveçrə Konfederasiyasının Prezidenti İnyatsio Kassis, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları olmalıdır.

Sessiyada “Avropa Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin başlamasından yarım il sonra”, “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanları vasitəsilə taxıl ixracı” və “Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar” mövzularında da müzakirələrin keçirilməsi ilə bağlı müraciətlər var.

Bundan başqa, bu həftə Azərbaycan üzrə həmməruzəçinin də seçiləcəyi gözlənilir. 2001-ci ildən Azərbaycan AŞPA-nın üzvüdür. Azərbaycan AŞPA-ya üzv olarkən insan hüquqları və başqa bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. 20 ildən çox vaxt keçsə də, ölkə hələ də qurumun monitorinqi altındadır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button