2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Astroloqların “dəhşətli” 2024 proqnozları – Qeybdən xəbər asanlaşıbmı…

[

Hər təzə təqvim ili ərəfəsi astroloq-münəccimlər öz proqnozları ilə diqqət mərkəzinə gəlməyə çalışırlar. Belə təxminlərə inanıb öz həyatını onlara uyğunlaşdırmağa çalışanlar da var, “Allahın işinə qarışmaq olmaz, taleyi, qədəri, qeybi yalnız O bilir” deyib əhəmiyyətsiz sayanlar da.

“Qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ilidir. Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ekstrasens Zirəddin Rzayev deyib.

“2024-cü ildə baş verəcək fəlakətlər mənə atom bombasının partlayışını xatırladır. Amma deyə bilərəm ki, bu, nüvə silahı deyil, o effektə malik təbii vulkan püskürməsi, yaxud asteroidlə bağlıdır”, – o bildirib.

Rusiya-Ukrayna məsələsinə toxunan Zirəddin Rzayevin sözlərinə görə, bu müharibənin həlli ilə bağlı inkişaf gözlənilir: “Bu qarşıdurma 2024-cü ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. Ancaq qələbə Rusiyanın xeyrinədir”.

O, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində gələn il müsbət addımların atılacağını vurğulayıb: “2024-2026-cı illər sülh müqaviləsinin imzalanması üçün ən uğurlu zamandır”. 

Onun proqnozuna görə, növbəti il texniki və tibbi tərəqqi gözlənilir. Eyni zamanda, o, müxtəlif növ virusların yayılacağını gözlədiyini də qeyd edib.

Bəs son səmavi kitab olan Qurani-Kərimdə bu xüsusda nə deyilir? Allah indiyədək hansısa bəndəsinə baş verəcəkləri öncədən görmək, qeybdən xəbər vermək qabiliyyəti veribmi? Elmi biliyi olmayan bir şəxs Yerə hansısa meteoritin çırpılacağını, dağıdıcı zəlzələ olacağını, yeni virusun yayılacağını necə anons edə bilər? Dinimiz belə təxminlərə necə baxır? İbadət əhli, iman adamları bu proqnozlara necə yanaşmalıdır?

Gununsesi.info xəbər verir ki, araşdırmaçı jurnalistRəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Gələcəkdə baş verəcək hadisələr hər zaman insanların beynini məşğul edib. İnsanların qeybi və bilinməyənə olan marağı, keçmişin bilinməyənlərindən çox gələcəyin onları nələr gözlədiyini bilmək istəyi insanları müəyyən işlər görməyə vadar edib: ”Sosial təlatümlərin şiddətli olduğu müasir zamanda insanlar gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq üçün müxtəlif üsullara əl atırlar. Bürclərə görə insanların xarakterini və qədərini təyin etmək, gələcəkdən xəbər vermək kimi batil inanclar dinimizə görə xurafat sayılan düşüncələrə aiddir.

İslam dini yayılmazdan öncəki zamanlarda kahinlik ərəblər arasında bir çox xurafatlarla birlikdə çox məşhur idi. Tarixə nəzər salanda Əməvi və Abbasi xilafəti dövründə də saraylarda kahinlərin dediklərinə etimad göstərmək ənənələrinə rast gəlmək mümkündür.

Qurani-Kərim heç kəsin gələcəkdə nə olacağını, qeyb aləmindən xəbər vermək yalnız Allaha məxsus olmasını bəyan edir və hər cür kəhanətə qarşı çıxır. Qurani-Kərimin bir çox ayələrinə baxdıqda bunu açıq-aşkar görmək mümkündür. “Qeybin açarı Allahın yanındadır. Onları ancaq O bilir” (“Ənam” surəsi, ayə 59), “Heç bir kimsə sabah nə olacağını bilə bilməz” (“Loğman” surəsi, ayə 34) ayələri və Quranın bir çox surələrində keçən ayələr dediklərimizə misaldır.

Gələcəkdə ola biləcək mənfi hadisələr, fəlakətlər barədə danışmaq insanların psixologiyasında mənfi izlər buraxır, onların həyata olan baxışlarını zədələyir. Dinimizin hikmət olaraq buyurduqları da bu qəbildəndir ki, insanlar yaşadıqları zaman kəsiyində üzərinə qoyulmuş ilahi vəzifələrə uyğun yaşasınlar, çaba göstərsinlər, bütün işlərində də Allahı Vəkil olaraq bilsinlər. Yəqin psixologiya mütəxəssisləri də təsdiq edər ki, bir insana onun başına bədbəxt hadisə gələcəyi barədə nəyisə demək, həmin insanın bu hadisəyə fokuslanmağına səbəb ola bilər. Bu cür “öncəgörmələrə” inanmaq insanın işlərindən, həyatdan soyuda bilər. 

Yeraltı təkanların öyrənilməsi konkret elm sahəsidir. Bu da ərazilərin seysmoloji vəziyyətləri, tektonik durumun hansı səviyyədə olması, qırılma xətlərinin keçdiyi yerlərin yarada biləcəyi təhlükələri öyrənməklə biliklərin əldə edilməsi ilə aşkara çıxır. Müasir elm yeraltı təkanların uzun müddət öncədən xəbər verilməsini tam şəkildə öyrənə bilməyib.

Dinimizin insanlara verdiyi ən mühüm mesajlardan biri də düşünməyi həyatının bütün sahələrində üstün tutmasıdır. Elm və texnologiyanın zirvəyə çatdığı çağımızda insanların xurafatlardan kənar durması İslam dininin çağırışlarına və hikmətlərinə uyğundur. Bu çağırışlar da bütün zamanlar üçün keçərlidir”.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button