2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ata Abdullayevin həbs tələbinə 'yox' deyildi


Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev mayın 22-də yenidən məhkəmədə “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin həbs olunmasını tələb edib. Onun vəkili də bu vəsatəti müdafiə edib. Amma Xətai Rayon Məhkəməsinin hakimi Fərid Yaqubov bu vəsatətə “yox” deyib. A.Abdullayevə qarşı xuliqanlıqda suçlanan T.Mirələmli məhkəmənin hökmü çıxarılana qədər azadlıqda qalacaq. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri qüvvədə saxlanılıb.

Məhkəmədə A.Abdullayev AXCP sədri Əli Kərimlinin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

 

Saytların yığılması Saytlarin yigilmasi

T.Mirələmli ona cavab verməyib. Amma məhkəməyə A.Abdullayevin bu qəbildən olan çıxışlarının, bir gün öncə məhkəmənin qarşısında səsləndirdiyi fikirlərin əks olunduğu videogörüntüləri təqdim edib: “Bu işə aidiyyəti olmayan adamların adının hallandırılması qarşı tərəfin əsl niyyətini ortaya qoyur. Görünür ki, məqsəd siyasi qalmaqal, şou yaradıb, kimlərəsə qarşı istifadə etməkdir”.

T.Mirələmli barəsindəki cinayət işinin əsassız olduğunu vurğulayaraq, xitam verilməsi haqda da vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı iyunun 4-nə təyin edilib.

Xatırlatma

T.Mirələmliyə qarşı CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, fevralın 26-da – Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində A.Abdullayevə xəsarət yetirməkdə suçlanır.

T.Mirələmli özünü təqsirli bilmir.

 

CM-in 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

T.Mirələmli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button