2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ATƏT-in seçki ehtiyaclarını qiymətləndirmə missiyası Müsavat Partiyasında görüş keçirib

Bakı/18.12.23/Turan: Dekabrın 18-də Müsavat Partiyasının başqanı Arif Hacılı və ATƏT-in DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) seçki ehtiyaclarını qiymətləndirmə missiyasının nümayəndələri doktor Martina Barker Tsiqanikova və Qoran Petrov arasında görüş olub.

Müsavat Partiyasının məlumatına görə, görüşdə Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədəki durum müzakirə edilib.

Arif Hacılı Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, ATƏT DTİHB-nin seçki ehtiyaclarını qiymətləndirmə missiyası bir qayda olaraq bu qurumun seçki müşahidə missiyası gəlməmişdən öncə hökumətin dəvəti ilə səfər edir. Qiymətləndirmə missiyası hökumət qurumları, Mərkəzi Seçki Komissiyası, siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri və media qurumları ilə görüş keçirərək seçki mühitini öyrənir. 03  

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button