Bizim tərcümə

Atiba Hatçinson Dünya Çempionatında tarixə düşəcək!

2022-11-14 16:21:56

Kanadanın 2022-ci il dünya çempionatının heyəti açıqlanıb. F qrupunda Belçika, Mərakeş və Xorvatiya ilə mübarizə aparacaq Kanadanın heyətində Beşiktaşlı Atiba Hatçinson da yer alıb.

Məşqçi Con Herdmanın açıqladığı 26 nəfərlik heyətdə 29 yaşlı Atiba Hatçinsonla yanaşı, “Beşiktaş”ın sabiq futbolçusu Sayl Larin və “Hatayspor”un futbolçusu Samuel Adekuqbe də yer alıb.

tarixə düşəcək

Kanada sonuncu dəfə 1986-cı ildə Meksikada keçirilən Dünya Kubokunda çıxış edib. Həmin turnir zamanı yalnız 1983-cü il təvəllüdlü Atiba Hatçinson anadan olub.

Kanada Milli Komandasında 97 dəfə ən çox oyun keçirən Atiba Hatçinson 2022-ci il dünya çempionatının ən yaşlı oyunçusu olacaq.

Pepe Atibadan sonra ən yaşlı futbolçu ünvanına sahibdir. “Beşiktaş”dan keçən adlardan Pepenin 39 yaşı var. Lakin o, bir aylıq fərqlə Atibadan sonra ikinci yeri tutub.

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Braziliyanın Petrobras şirkəti Lulanın CEO-nun seçilməsi ilə bağlı idarə heyətinin səsverməsi ərəfəsində benzinin qiymətini qaldırıb.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button