2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Liqasında yarımfinalçılar bəlli olacaq

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Baş tutacaq 4 görüşdən sonra yarımfinalçılar məlum olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Turnirin əsas favoriti “Mançester Yunayted” səfərdə qollu bərabərə qaldığı “Anderlext”i qəbul edəcək. Bu oyunda “qırmızı şeytanlar”ı qolsuz heç-heçə də qane edir. Ancaq Joze Mourinyonun yetirmələri qələbə qazanaraq, sürprizə imkan verməməyə çalışacaqlar.

Belçikanın digər təmsilçisi “Genk” cavab oyununu evdə keçirəcək. “Şirinlər” doğma arenada “Selta” ilə üz-üzə gələcək. Səfərdə minimal hesabla məğlub olan Albert Stuvenberqin kollektivinin “Selta” səddini keçmək üçün 1 cavabsız qola ehtiyacı var.

Əvvəlki günlərinə qayıtmağa çalışan “Ayaks” Almaniyaya səfər edəcək. “Tanrıların oğlanları” evdə 2:0 hesabı ilə qalib gəldikləri “Şalke” ilə bu dəfə Gelzenkirhendə qarşılaşacaq. “Ayaks”dan fərqli, ölkə çempionatından avrokuboklara vəsiqə şansı çox az olan “mədənçilər” bu üzdən əsas diqqətlərini Avroliqaya yönəldiblər.

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” “Lion”la münasibətlərinə aydınlıq gətirəcək. Fransadakı məlum qalmaqaldan sonra Türkiyədə keçiriləcək görüşə maraq daha böyükdür. İlk matçda məğlub olmasına baxmayaraq, səfər qolu “ağ-qaralar”a çox kömək edə bilər. Çünki indi bir cavabsız qol “qara qartal”ı yarımfinala daşıya bilər.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)
İlk oyun – 1:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)
İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)
İlk oyun – 1:1

23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)
İlk oyun – 0:2

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button