2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini 360 min avro cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi aprelin 13-də Azərbaycanla bağlı növbəti qərarlarını açıqlayıb. Şikayəti təmin olunanlar arasında qətlə yetirilən jurnalist Elmar Hüseynovun həyat yoldaşı Rövşanə Hüseynova, AXCP sədri  Əli Kərimli və  Müsavat Partiyasının keçmiş başqanı  İsa Qəmbər də var.  Bu haqda vəkil Asəbəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb:

“Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Konpensasiya: mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro.

Saytların yığılması Saytlarin yigilmasi

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib.Bu 23 iş üzrə kompensasiyaların cəmi 360 000 avro təşkil edir.
Bütün ərizəçiləri və onların vəkillərini bu uğurla təbrik edirəm”.

Ərizəçilər aşağıdakılardır:
20443/11 Tofiq Yaqublu
24070/11 Sardar MAMMADOV
29604/11, Bakhtiyar HAJIYEV
29615/11, Ilgar HUSEYNLI
31944/11, Nariman YAHYAYEV
36070/11, Gozal BAYRAMOVA
36209/11, Namat ALIYEV
36227/11, Salman IMANLI
36230/11, Sahib KARIMOV
37554/11 Ilham HUSEYNLI
39042/11 İkram İsrafi
41066/11, Pənah Hüseyn
42345/11 Adil Qeybulla
42360/11 İsa Qəmbər
37656/11Yagub BABALI
37661/11 Leyla MUSTAFAYEVA
37740/11Soltanhamid MALIKOV
37866/11, Əli Kərimli
38636/11Giyas SADIGOV
36821/11, Arzu SAMADBAYLI
38885/11 Sitara ZEYNALOVA
20411/11 Aslan İsmayilov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button