2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsinə Cahangir Hacıyevin 4 işi göndərilib

Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Beynəlxalq Bank işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu dəfəki prosesdə Cahangir Hacıyevin vəkilləri apellyasiya şikayətinin dəlilləri üzrə çıxış ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Fəxrəddin Mehdiyev Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünü qərəzli, ədalətsiz və əssassız hesab edib. Xüsusi ilə burğulayıb ki, hazırkı cinayət işində mütəşəkkil dəstə anlayışı ilə bağlı konkret sübut yoxdur. Mənimsəmə ilə bağlı da ittiham tərəfi ortaya sübutlar qoya bilməyib. Eləcə də digər maddələr üzrə də konkret sübutlar təqdim olunmayıb. Vəkil qeyd edib ki, Beynəlxalq Bank bu işdə zərərçəkən kimi tanına bilməz. Prezidentin 15 iyul 2015-ci il tarixli Beynəlxalq Bank ASC-nin sağlamlaşdırılması ilə bağlı sərəncamına əsasən mülki iddiaçı kimi “Aqrokredit” təşkilatı tanına bilər. Beynəlxalq Bankla bağlı ikinci cinayət işində də bank özü zərərçəkən kimi tanınmayıb. Bu da qərəzin nümunəsidir.

Apellyasiya şikayətinin dəlillərini sadalayan vəkil Cahangir Hacıyev banka rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankın gəlirlə işlədiyini, ondan sonrakı dövrdə isə bankın borclanaraq müflisolma həddinə çatmasını da qeyd edib. Vəkil Cahangir Hacıyevin həyat yoldaşına cinayət işinin başlanılması, bacısının ölkədən çıxışına qadağa qoyulmasını, qohumlarının işdən çıxarılmasını, hətta mərhum anasının vərəsəliyinin qeydə alınmaması faktını ona qarşı olan qərəz kimi dəyərləndirib.

Vəkil Aqil Layıcov isə çıxışında ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə heç bir vəsatətin təmin olunmamasını bildirib. 83 nəfər şahiddin dindirilməməsini isə işin əsas mahiyyətinin açıqlanacağı ilə bağlı qorxu ilə əlaqələndirib. 2008-2012- c illər ərzində vergi yoxlamaları ilə bağlı 80-ə yaxın işə xitam verilməsi faktının araşdırılmamasını da istintaqın özünü əziyyətə salmaması kimi qeyd edib. Aqil Layicov bildirib ki, təkcə Cahangir Hacıyevin 38 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması faktı bu işin qərəzli olmasının sübutudur. Vəkil Avropa İnsan haqları Məhkəməsinə Cahangir Hacıyevlə bağlı 4 işin göndərildiyini də qeyd edib.

Cahangir Hacıyev apellyasiya şikayətinin dəlilləri ilə bağlı vəkillərlə həmrəy olduğunu bildirərək çıxış üçün vaxt istəyib. Proses mayın 25-i saat 16-da davam etdiriləcək.

azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button