2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa Şurasının rəhbəri Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırır

Avropa Şurasının prezidenti Çarlz Mişel hesab edir ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından kənarlaşdırılmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü səbəbsiz və əsassız müharibəyə – BMT Baş Assambleyası tərəfindən qınanılan müharibəyə başladıqda, onun BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünün dayandırılması avtomatik olmalıdır”, – Çarlz Mişel Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyada çıxış edərkən deyib.

Sessiyadan kənarda Mişel “politico.eu” -ya Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi səfərbərlikdən qaçan ruslarla bağlı vəziyyəti şərh edib. O deyib ki, Avropa İttifaqı (Aİ) “Kremldən alət kimi istifadə olunmasını istəməyənlərə açıq olmalıdır”.

Mövzunun Aİ səfirlərinin bazar ertəsi, sentyabrın 26-da keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə Rusiyanın BMT Təhlükəsizlik Şurası və qurumun digər strukturlarından xaric edilməsinə çağırıb.

Rusiya Böyük Britaniya, ABŞ, Çin və Fransa ilə birlikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Bu beş ölkənin hər birinin Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoymaq hüququ var.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button