2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa və Azərbaycan Qarabağı, enerjini və demokratiyanı müzakirə ediblər


Dekabrın 18-də Brüsseldə Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib.

Bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında dərc olunub.

İclasa Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrell sədrlik edib. Xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda habelə Avropa İttifaqının qonşuluq və genişlənmə işləri üzrə komissarı Oliver Varhelyi də iştirak edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Əməkdaşlıq Şurasında Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə razılaşdırılmış islahatların icrasının vəziyyəti, ittifaqla Azərbaycan arasında ikitərəfli razılaşmanın perspektivləri, koronavirus pandemiyası və onun təsiri ilə bağlı məsələlər müzakirə olunub.

Budəfəki görüşdə Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyət də gündəlikdə idi.

 

Cənub Dəhlizini Qərbi Balkanlaradək uzatmaq

Cozep Borrell bu görüş barədə deyib:

“Avropa İttifaqı Azərbaycanla demokratiya, insan haqları və təməl azadlıqlara əsaslanan yeni, ambisiyalı və hərtərəfli razılaşmanın əldə olunmasını istəyir. Bu Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət münasibətlərimizin gücləndirilməsinə və əməkdaşlığımızın daha da genişlənməsinə töhfə verərdi”.

Borrell Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin davamlı tənzimlənməsi üçün Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə əlavə olaraq səylər göstərə bilər və bu istiqamətdə özünün sülh quruculuğu və yenidənqiurma alətləri ilə dəstək verməyə hazırdır.

Avropa İttifaqının qonşuluq və genişlənmə işləri üzrə komissarı Oliver Varhelyi isə deyib ki, Azərbaycan enerji, ticarət, investisiya və tranzit sahələrində əsas partnyorlarından biridir.

O Cənub Qaz Dəhlizi layihəsindən də söz açıb və bildirib ki, Brüssel bu dəhlizin Qərbi Balkanlaradək uzadılması perspektivlərini müzakirə etmək istərdi.

 

10 milyon avro humanitar yardım

Oliver Varhelyi bunu da deyib ki, Avropa İttifaqı Azərbaycana 10 milyon avro humanitar yardım göstərməyə hazırdır.

Bu iclasda habelə Avropa İttifaqı ilə Azərbaycan arasında Partnyorluq Prioritetlərinin icra vəziyyəti müzakirə olunub.

İclasda Avropa İttifaqı və Azərbaycan arasında enerji sektorunda “çox yaxşı əməkdaşlığın” mövcudluğu, Cənub Qaz Dəhlizi ilə ilk qazın bu ilin sonunadək nəqlinə başlanacağı qeyd olunub.

Şura habelə diqqəti Azərbaycanda demokratiyanın, qanunun aliliyinin, insan haqlarının, azadlıqların, xüsusilə də toplaşma, ifadə və media azadlığının üzləşdiyi çətinliklərə çəkib.

İclasda Vahid Aviasiya Məkanı barədə yeni hərtərəfli razılaşma, COVID-19 pandemiyasının yaratdığı çətinliklər müzakirə edilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button