SEÇMƏ

Avropada ən kəskin tənəzzül istehsalatda hiss edilir

Yayımlandı: 24 Oktyabr 2022 13:56

Sayt yazır ki, istehlakçılar yaşayış xərcləri, böhran problemi yaşayırlar

Avropa bölgəsində tənəzzül dərinləşir. Oktyabrda bölgədə özəl sektorun fəaliyyəti daha da daralıb. Bu da tənəzzülə doğru gedişi sürətləndirib.

Amerikada mənzillənən və biznes, maliyyə sahəsində analitik məlumatları dərc edən “S&P Global” şirkətinin tərtib etdiyi satınalma menecerləri indeksində qeyd edilir ki, Covid-19-a görə qapanmaların olduğu aylar istisna olmaqla satınalma 2013-cü ilin aprelindən bəri ən aşağı səviyyəyə enib. Bu, iqtisadçıların gözlədiyindən də pisdir və rekord inflyasiya tələbata zərbə vurub. Bəzi firmalar zəif satışlar hesabına istehsalı azaldıb.

“Bloomberg” yazır ki, Avropada ən kəskin tənəzzül istehsalatda hiss edilib. Xüsusilə kimya və plastik kimi enerjitutumlu sektorlarda baş verib. İstehlakçılar həm yaşayış xərcləri, böhran problemi yaşayırlar. Eyni zamanda, onların xidmətlərinə olan tələbat sürətlə azalıb.

Artıq dördüncü aydır ki, mallar və xidmətlər üçün yeni sifarişlər kəskin azalıb.

“S&P Global”-ın iqtisadçısı Kris Uilyamson (Chris Williamson) bildirib ki, xüsusən oktyabrda görülən kəskin istehsal itkisi və tələbat azlığı mənzərənin pisləşdiyini açıq göstərir.

Görünən odur ki, Avrozona iqtisadiyyatını dördüncü rübdə daraltmağa hazırlaşır. Bu qeyri-müəyyənlik də bəzi firmaları işə götürməni dayandırmağa vadar edib. Hətta bəzi şirkətlər işçi ixtisarına getməyə məcbur qalıb. Şirkət hesab edir ki, Avropanın hazırki iqtisadi rəqəmləri dördüncü rübdə bölgədə iqtisadiyyatın 0.2 faiz daralacağını göstərir. Eyni zamanda, azalma ilin sonuna doğru sürətlənə də bilər.

“Bu arada qiymət təzyiqləri inadla yüksək olaraq qalır, çünki artan enerji və işçi xərcləri və zəifləmiş avro, təchizat şəraitinin yaxşılaşdırılması ilə bağlı əmtəə qiymətlərinin hər hansı ucuzlaşmasını kompensasiya edir”, – Uilyamson bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  MeyArt – Keçmiş siyasi mühacir Elmir Mirzəyev Bakıda konsert keçirib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button