Loading...
Loading...
SEÇMƏ

Avropada enerji böhranı: Qiymətlər qalxır, zavodlar bağlanır

Yayımlandı: 16 Avqust 2022 16:10

Almaniyada illik elektrik enerjisi 500 avronu ötüb

Almaniyanın illik elektrik enerjisi 6,4 faiz bahalaşıb. Elektrik enerjisinin qiyməti hər meqavat-saat üçün 508 avroya çatıb.

Analitiklər düşünür ki, bu, Rusiyadan qaz tədarükünü azaltmaq üçün atılan addımların nəticəsidir.

“Bloomberg” yazır ki, enerji xərclərinin artması şüşə və metal istehsalçılarını sıxıntıya salıb.

Sink və qurğuşun üzrə bazarda lider olan, mis, qızıl və gümüş kimi digər qiymətli metallarda isə artan mövqeyə sahib multi-metal biznes “Nyrstar NV” açıqlayıb ki, sentyabrın əvvəlində Niderlanddakı Budel Sink Zavodunu qapatmalı olacaq. Zavod indidən işçi ixtisarlarına başlayıb. Bu, Avropanın ən böyük zavodlarından biridir.

“Oxford Economics”-in baş iqtisadçısı Daniel Kralın sözlərinə görə, qiymət artımları nə qədər uzun çəksə, iqtisadiyyata təsiri bir o qədər çox hiss ediləcək. O bildirib ki, böhranın miqyası son bir neçə onillikdə heç nə ilə müqayisə oluna bilməz.

Avropa ölkələri bu qış mümkün elektrik çatışmazlıqları olacağını açıqlayıb. Bəzi ölkələr isə əsas tələbatın ödənə bilməsi üçün bəzi sənaye sahələrinə tədarükü limitləməyi nəzərdə tutub.

Adətən yayda ucuz olan elektrik enerjisi bu il əksinə, bahalaşıb. Səbəb isə tədarüklə bağlı narahatlıqlardır. Nəticədə, enerjiyə olan güclü tələb qiymətləri yüksəldib.

Regionun enerji sisteminin vətəni olan Fransanın nüvə donanmasının hasilatı bu il son onilliklərin ən aşağı həddində olacaq.

Eyni zamanda, bütün Avropadakı quraqlıq və həddindən artıq istilər bəzi ölkələrdə hidroenergetika təchizatı üçün çox vacib olan çayları və su anbarlarını qurudub. Bu da qitəni qalıq yanacaqlar və digər alternativlərdən də edib. Külək enerjisi istehsalı da mövsümi normalardan aşağı olub. Enerji xərclərinin artma səbəblərindən biri də budur.

Avqustda zəif ticarətlə üzləşən Fransa elektrik enerjisi bir meqavat/saat üçün 636,50 avro ilə rekord həddə çatıb.

“BloombergNEF”-in analitiki Kesavarthiniy Savarimuthu deyir ki, qaz qiymətləri artmağa davam etdikcə sənayenin enerji tələbi qarşılanmayacaq.

Avropada enerji böhranına səbəb bu il fevralın sonunda başlayan Rusiya-Ukrayna müharibəsidir. Avropa Birliyinin Ukraynaya hücumuna görə Rusiyaya sanksiyalar tətbiq etməsi və Rusiyanın da qarşılığında atdığı cavab addımları dünya bazarında neft və qazın kəskin bahalaşmasına səbəb olub. Eyni zamanda, Avropa ölkələrinin Rusiyadan aldığı enerjinin həcmini azaltması da elektrik enerjisinə tələbatı yüksəldib və qiymətlərin bahalaşmasına gətirib çıxarıb.

Meydan TV

Gözdən qaçırmayın:  Putin: “Qərbə hegemonluğunu saxlamaq üçün münaqişələr lazımdır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button