2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropanın Yoluxucu Xəstəliklər Agentliyi gücləndirici peyvənd dozalarına təcili ehtiyac olmadığını deyir

Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hesabat yayaraq bildirib ki, mövcud sübutlara əsasən COVID-19 peyvəndinin gücləndirici dozalarına təcili ehtiyac olmadığı və ictimai sağlamlıq sahəsində diqqəti Avropa vətəndaşlarına ilkin peyvəndin vurulmasına yönəltməli olduğunu deyilib.

Hesabatda o da əlavə edilib ki, əlavə dozalar ilkin dozalara adekvat reaksiya verməyən və immun sistemi zəif olan şəxslər üçün nəzərdə tutulmalıdır.

Lakin hesabatda deyilir ki, Avropa İttifaqında istifadə üçün icazə verilən bütün peyvəndlərin “real effektivliyi” və qorunma müddəti ilə bağlı mövcud sübutlar onların COVID-19-la əlaqədar xəstəxanaya yerləşdirmə, ağır xəstəlik və ölümə qarşı yüksək dərəcədə qoruduğunu göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatda Avropada ölkələrinin gücləndiri doza tətbiq etməyin Avropadan kənarda əhalisi üçün kifayət qədər ilkin dozaların alınması və tətbiqi ilə mübarizəni davam etdirən ölkələrdə vaksin çatışmazlığına necə təsir edəcəyini nəzərə almalarının gərək olduğu da qeyd edilib.

Fransa çərşənbə günü 65 yaşdan yuxarı insanlara və sağlamlıq problemləri olan insanlara koronavirusun delta variantına qarşı qorumaq məqsədilə gücləndirici dozalar tətbiq etməyə başlayan ilk Avropa İttifaqı ölkəsi oldu. İspaniyanın səhiyyə orqanları da oxşar addımı nəzərdən keçirir.

Britaniyada tədqiqatçılar tam peyvənd edildikdən sonra COVID-19-a yoluxan insanların peyvənd edilməmiş insanlarla müqayisədə xəstəliyin uzun müddət davam edən simptomlarından daha az əziyyət çəkdiyini bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button