2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avtoritarizmin tüstüsü siqaret tüstüsündən daha zərərlidir

Yaxud başqa uşaqların haqqın yeyən valideynlərin cəriməsi nə qədərdir?

Köklü islahatlar, gövdəli anti-böhran tədbirləri davam edir. Hökumətimiz indi də siqaret probleminin həllinə girişib. Belə ki, Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, bu qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin əhalinin sağlamlığının qeydinə qalması ilk baxşdan insanı məmnun edir. Düşünürsən ki, əzəmətli hökumətimiz vətəndaşı bütün bəlalardan xilas etmək üçün baş sındırır. Amma qısa zaman kəsiyindən sonra reallıqlar siqaret kimi adamın damağına yapışır. Vətəndaşı keyfiyyətsiz qidayla, tərkibi dəyişdirilmiş dərmanla, yüksək faizli kreditlə sınağa çəkən hökumət, vətəndaşın siqaretlə zəhərlənməsinə görə niyə narahat olmalıdır? Görəsən, siqaret tüstüsü zərərlidir, yoxsa ac qalmaq? Vətəndaşı günahı olmadığı halda zindanda çürütmək nədir, vətəndaşı siqaret tüstüsündən qorumaq nə?

Əlbəttə, siqaret həqiqətən də zərərlidir və buna qarşı mübarizə aparılmalıdır.  Amma vətəndaşın seçim haqqını oğurlamaq, vətəndaşa ölkə sərvətlərindən pay verməmək, vətəndaşı keyfiyyətli təhsildən, sağlam səhiyyədən, müstəqil məhkmədən məhrum etmək daha zərərlidir. Normal dolanışığı, normal təhsili, söz azadlığı olmayan vətəndaşı siqaret çəkmkədən yayındırmağın nə xeyri var?

Bütün şüurlu həyatını dərd çəkməklə məşğul olan adam, siqaret çəksə nə olacaq? Vətəndaşı intihar bataqlığına buraxdıqdan sonra, siqaret tüstsündən qorumağın mənası nədir?

İndi məlum olur ki, yetkinlik yaşına çatmayanların tütündən istifadə etməsinə görə valideynlər və yaxud qəyyumluq edən şəxslərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqların siqaret çəkməsinə görə valideynlər 250 manat cərimə olunacaq. Qanun layihəsi Milli məclisdə müzakirəyə çıxarılacaq.

Ümumiyyətlə, bizim Milli Məclis çoxdandır ki, “Cərimələr Məclisi” kimi fəaliyyət göstərir. Müzakirəyə çıxarılan bütün qanun layihələri sadə vətəndaşın cibinə girməklə bağlıdır.

Biz də Milli Məclisə təklif edirik ki, cərimə siyasəti hökumət komandasını da əhatə etsin. Yəni, uşağı siqaret çəkən valideyn cərimə olunacaqsa, uşağı harınlıq edən, milyonluq maşınlarda avtoşluqla məşğul olan  valideynlər də cərimələnsin.

Uşağı siqaret çəkən valideynin cəriməsini bildik, bəs uşağına haram tikə yedizdirən, neft pullarını cibinə yığan, günahsız insanları qondarma ittihamlarla zindana göndərən valideynlərin cəriməsi nə olacaq? Başqa uşaqların haqqın yeyən valideynlər necə cəzalanacaq?

Məqsəd uşaqların qayğısına qalmaq, uşaqların sağlamlığını qorumaqdır? Əgər belədirsə, uşağına 1 kilo ət, 1 kilo banan ala bilməyən, uşaq pulundan məhrum olan, uşağını müalicə etdirə bilməyən valideynlərə maddi dəstəklə bağlı qanun layihəsi də müzakirəyə çıxarılsın. Uşağı siqaret çəkən vlideyni 250 manat cərimələyənlər, uşaqğına çörək ala bilməyən valideynə də 250 manat müavinət ayırsınlar.

Göründüyü kimi, hökumətmizin uşaqlara qayğı siyasəti də analoqsuzluqdan kənarda qalmayıb. Əvvəlcə valideynləri uşaqlarına gözəl həyat bəxş etməkdən məhrum edib, sonra uşaqları siqaret tüstüsündən qorumağa qərar verirlər. Çünki, bu “qoruma”nın 250 manatlıq mənfəəti var.

Bugünə qədər yürüdülən siyasət uşaqları valideynsiz, təhsilsiz, səhiyyəsiz qoyub. Bugünə qədər yürüdülən siyasət uşaqların gələcəyinə sədd çəkməyə xidmət edib.

Bəli, avtoritarizmin tüstüsü, siqaret tüstüsündən daha çox zərərlidir.

İlham

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button