2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP fəalı sərbəst buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov mayın 2-də günorta saatlarından sonra rayon polis şöbəsindən sərbəst buraxılıb.

Məlumatı partiyanın İdarə Heyətinin üzvü İlham Hüseyn yayıb.

İ.Hüseyn deyib ki, hələlik S.Həsənov özü saxlanması barədə konkret açıqlama verməyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Amma burada dərindən düşünməyə elə bir ehtiyac da yoxdur, ya hansısa tənqidi statusa görə, ya hansısa mövqeyə görə saxlanıla bilər, nəticəsi də ya “söyüş söyürdü”, ya da “polisə müqavimət göstərdi” ola bilər”.

AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov aprelin 30-da günorta saatlarından sonra saxlanılraq Şəki rayon polis şöbəsinə aparılıb. AXCP Şəki rayon təşkilatının sədri İlham Həsənov polisə gedərək saxlanmanın səbəbini öyrənmək istəsə də hər hansı bilgi verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button