2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

AXCP-nin komitə sədri və Milliyyətçi Gənclər Təşkilatının fəalı həbs edildi

Son günlər iki ictimaİ-siyasi fəal inzibati qaydada həbs edilib.

Fevralın 21-də AXCP Yasamal rayon Gənclər Komitəsinin sədri Məhərrəm Rzayev Bakının Nizami rayonu ərazisində Laçın Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

“Nizami raton Polis İdarəsindən Məhərrəm Rzayevin ailəsinin sorğusuna cavabda deyiblər ki, o  inziabti qaydada həbsə məhkum edilib. Amma, fəalın neçə sutka və hansı ittihamla həbs edilməsi barədə məlumat verməyiblər. Həbs qərarını Nizami rayon Məhkəməsi çıxarıb. 

Fevralın 19-da Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin fəalı Zakir Kərimli oxuduğu Dövlət İdarəçilik Akademiyasında bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli isə facebook səhifəsində yazıb.

Yasamal Rayon Məhkəməsi Kərimli barədə 15 sutka inzibati qaydada həbs qərarı çıxarıb.

Hər iki gəncin həbsinin ictimai-siyasi fəallığı ilə bağlı olduğu bildirilir.

Rəsmi qurumlar bu həbslərlə bağlı hələ məlumat yaymayıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button