Loading...
Loading...
SEÇMƏ

Azərbaycan millisi Millətlər Liqasında növbəti dəfə uduzdu

Millətlər Liqasının 3-cü turu çərçivəsində keçirilən oyunda Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb. Bakıdakı “Dalğa Arena”da keçirilən matçda azərbaycanlı futbolçular rəqibin hücumları qarşısında sadəcə 81 dəqiqə duruş gətirə biliblər. Slovakiya millisinin 81-ci dəqiqədə vurduğu qol oyunun taleyini həll edib – 0:1.

İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbrərlik etdiyi Azərbaycan millisi əvvəlki iki turda əvvəlcə Qazaxıstana uduzub (0:2), ardından Belarusla qolsuz heç-heçə edib. Milli komanda keçirdiyi üç oyunda qələbə qazanmaq bir yana, qol da vura bilməyib.

Azərbaycan yığması UEFA Millətlər Liqasında 4-cü turun oyununu da Bakıda keçirəcək. Milli komanda iyunun 13-də Belarus seçməsi ilə üz-üzə gələcək.

Meydan TV

Gözdən qaçırmayın:  “Milçək əvəzinə fil”: Lavrov sülh ritorikasını dəyişir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button