Dünya

Azərbaycan Rusiyaya qarşı qətnamənin səsverməsində iştirak etməyib

Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya qətnamənin qəbuluna səs veriblər

BMT Baş Assambleyası xüsusi sessiyasının iştirakçıları noyabrın 14-də Rusiyanın Ukraynaya vurduğu ziyanın beynəlxalq reyestrinin və Rusiyanın Ukraynaya vurduğu ziyana görə təzminat ödəməsinin beynəlxalq mexnizminin yaradılmasını ehtiva edən qətnamə qəbul edib.

Bu qətnamənin leyhinə 193 ölkədən 94-ü, əleyhinə 14-ü səs verib. 73 ölkə bitərəf qalıb.

Sənədin qəbulunun əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs veriblər.

Keçmiş sovet respublikalarından Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıblar.

Azərbaycan və Türkmənistan səsvermədə ümumiyyətlə iştirak etməyiblər. Mərakeş, Tanzaniya, Seneqal, Venesuela və Burkina-Faso da səsverməyə qatılmayıblar.

Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya qətnamənin qəbuluna səs veriblər.

Türkiyə də qətnamənin leyhinə səs verib

Digər ölkələrdən qətnaməni Türkiyə və Macarıstan da dəstəkləyiblər.

İndoneziya, Səudiyyə və Serbiya bitərəf qalıblar.

BRİKS ölkələrindən habelə Braziliya və Hindistan da bitərəf mövqe tutublar.

Qətnamədə deyilir ki, “Rusiya Federasiyası Ukraynada beynəlxalq hüququn, insan haqlarının pozulduğu bütün hallara görə məsuliyyət daşıyır”.

Qeyd edilir ki, təcavüzkar ölkə özünün bütün qanuna zidd hərəkətləri üçün məsuliyyət daşımalı, vurduğu ziyana görə təzminat ödəməlidir.

Qətnamə təzminatın ödənilməsi üçün Ukrayna ilə birlikdə beynəlxalq mexanizmin yaradılmasını ehtiva edir.

Bu məqsədlə yaradılacaq reyestrdə Rusiyanın Ukraynada fiziki və hüquqi şəxslərə vurduğu ziyanlar, buna dair subutlar yer alacaq.

Bu, Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri BMT Baş Assambleyasının Moskvaya qarşı beşinci qətnaməsidir.

Qətnamədə habelə Ukraynanın ərazi bütövküyü və suverenliyinə dəstək bidirilir, Moskvanın Ukraynaya qarşı müdaxiləsi qətiyyətlə pislənir.

24 saat” “
Azərbaycan Rusiyaya qarşı qətnamənin səsverməsində iştirak etməyib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İranda molla əmmamələri hədəfdə: 'şeytan əməli', inqilab ruhu...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button