2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda Anım Günüdür

Bu gün, sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. İki il öncə, 2020-ci il sentyabrın 27-də 44 günlük İkinci Qarabağ müharibəsi başlayıb. Bu müharibənin başlamasına görə tərəflər bir-birlərini günahlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

44 günlük müharibədə Azərbaycan işğal altında olan ərazilərinin bir hissəsini geri qaytarıb. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli bəyanata əsasən, döyüşlər dayandırılıb. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Razılaşmaya uyğun, az sonra işğalda qalan ərazilərdən Kəlbəcər, Laçın və Ağdam rayonu da Azərbaycanın nəzarətinə keçib. Amma dəhliz Laçın şəhərindən keçdiyindən iki il o, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalıb. Yalnız bu il Laçın şəhərindən yan keçən alternativ yolun çəkilişi ilə bağlı şəhər Azərbaycanın nəzarətinə qaytarılıb. Ermənistanla Dağlıq Qarabağı birləşdirən həmin alternativ yolun, hələlik, yalnız Azərbaycana düşən hissəsi hazırdır.

Beləliklə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə nəticəsində Azərbaycanın 3 min civarında hərbi qulluqçusunun həlak olduğu, 6-sının isə itkin düşdüyü bildirilir.

Ermənistanın isə həmin döyüşlərdə 3 min 770-dən çox hərbi qulluqçusunun həlak olduğu, 240-dan çoxunun isə itkin düşdüyü açıqlanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button