Loading...
Loading...
SEÇMƏ

Azərbaycanda deputatların maaşı artırılır

Konstitusiya Məhkəməsinin hakimlərinin də əməkhaqlarının artırılacağı bildirilir

Milli Məclisin deputatlarının maaşı artırılır.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Qanuna dəyişiklik edilir.

Məlumatı “Report” yayıb və mənbə göstərilməyib.

Agentliyin məlumatına görə, yeni dəyişiklikdə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Spikerin I müavini sədrin aylıq vəzifə maaşının 90 faizi, digər müavinlər 85 faizi, komitə və komissiya sədrləri 80 faizi, komissiya sədrinin müavini – 75 faizi, deputat isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında əməkhaqqı alacaq.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı:

“Sədrin I müavini spikerin aylıq vəzifə maaşının 90 faizi, müavinləri – 85 faizi, komitə və komissiya sədrləri – 80 faizi, komissiya sədrinin müavini – 75 faizi, deputat isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı”.

Eyni zamanda, spiker, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri, onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bundan əlavə, Konstitusiya Məhkəməsi hakimlərinin də əməkhaqqı artırılır.

Bu barədə müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 20-də keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3500 manat olacaq.

Qüvvədə olan qanuna görə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclisi sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Meydan TV

Gözdən qaçırmayın:  “Cənubda kino günləri” keçiriləcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button