2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda koronavirus (Covid-19) daha bir can aldı

Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər isə həyatını itirib. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button