2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan COP29 ərəfəsində iqlim maliyyələşdirilməsi üzrə “işlək” həllərin axtarışında

Bu il BMT-nin iqlim dəyişikliyi üzrə COP29 Konfransına ev sahibliyi edəcək Azərbaycan iqlim maliyyələşdirilməsilə bağlı maliyyə qurumları, şirkətlər və ölkələrlə danışıqlara başlayıb. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Financial Times Climate Capital Live tədbirində bildirib.

Onun sözlərinə görə, ölkə noyabrın ortalarında Bakıda keçiriləcək COP29 ərəfəsində öz iqlim ambisiyalarının genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Dünya liderləri COP29 üçün iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfi (NCQG) kimi tanınan yeni  qlobal iqlim maliyyələşdirmə strukturu yaratmaq məcburiyyətində qalırlar ki, bu, bütün iqlim gündəminin həyata keçirilməsində əsas amil kimi nəzərdən keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu yaxınlarda COP29-un prezidenti təyin olunan M.Babayev deyib ki, onun  komandası “iqlim maliyyələşdirilməsini iş qabiliyyətli” etmək və bu məsələlər üzrə “konsensus” əldə etmək üçün müxtəlif həmkarların və maraqlı tərəflərin fikirlərini eşitməyə ümid edir.

Son illərdə iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsində cüzi irəliləyiş inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında inamsızlığı daha da artırıb.

“COP29 iqlim maliyyələşdirilməsi üçün dönüş nöqtəsi olacaq, çünki tərəflərə nəticələrin yumşaldılması və adaptasiya üzrə yeni kollektiv hədəfi müəyyən etmək təklif olunacaq. Gözlənildiyi kimi, bu, mövcud öhdəliklərlə bağlı problemləri həll edəcək və artan ambisiyalara nail olunmasına yardım göstərilməsində  inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını effektiv şəkildə əks etdirəcək”, – S&P Global Commodity Insights analitikləri hesab edirlər.

M.Babayevin sözlərinə görə, iqlim maliyyələşdirilməsilə yanaşı, “su, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və s.” məsələlər işıqlandırılacaq.

Azərbaycan həmçinin Şərq və Qərb, eləcə də Qlobal Şimal və Qlobal Cənub arasındakı boşluğu aradan qaldırmağa ümid edir.

Nazir qeyd edib ki, Azərbaycan qaz hasilatını artırmağa çalışsa da, bərpa olunan enerjinin artımına yönəlib.

“Yaşıl artım yaxın onillikdə Azərbaycan üçün prioritetdir”, – o deyib və əlavə edib ki, Xəzər regionunda bir çox layihə, xüsusilə günəş enerjisinə yönəlmiş layihələr planlaşdırılıb.

Azərbaycan hələ sıfır tullantı  səviyyəsi hədəfinə nail olmaq üzrə öhdəlik götürməyib. 2023-cü ilin oktyabrında ölkə milli səviyyədə müəyyən edilmiş töhfələrinə yenidən baxaraq 2050-ci ilə qədər tullantıları 1990-cı illərin səviyyəsilə müqayisədə 40 faiz azaltmaq öhdəliyini götürüb.

Bu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında təqdim olunmuş sənədlərə əsasən maliyyələşdirmə vasitəsilə göstərilən beynəlxalq dəstək, texnologiyaların ötürülməsi və potensialın artırılmasından asılıdır.

Kopenhagen danışıqları

Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində konsensusa nail olmaq üçün iqlim məsələləri üzrə bir neçə nazir martın 21-22-də Danimarkada nazirlərin Kopenhagen görüşünə toplaşacaq.

Danimarkanın iqlim və energetika  naziri Den Yorgensen həmin tədbirdə (Financial Times Climate Capital Live-red.) çıxış edərək bildirib ki, gələn həftə keçiriləcək görüş COP29 gündəminin müəyyən edilməsinə yönələcək və müzakirələrdə çox güman ki, iqlim maliyyələşdirilməsi üstünlük təşkil edəcək.

O həmçinin deyib ki, nazirlər Dubayda COP28 zamanı əldə olunanları qiymətləndirəcəklər. COP28-də dünya liderləri fosil yanacaqlardan imtina etmək və kömürdən istifadəni mərhələli şəkildə azaltmaq barədə razılığa gəliblər. 

Xatırladaq ki, Azərbaycan iri neft və qaz ixracatçısı və OPEK+ alyansının üzvüdür.  Platts OPEK+ son sorğusuna görə, fevralda ölkədə sutkada orta hesabla 480 min barel neft hasil edilib. Lakin bu, sutkada 551 min barel üzrə OPEK+ kvotasından aşağıdır, çünki oturuşmuş yataqlarda hasilatın azalması hasilata təsir göstərməyə davam edir.

Ölkənin Energetika Nazirliyinin məlumatına görə, bu ilin ilk iki ayında Azərbaycanda qaz hasilatının ümumi həcmi 8,2 milyard kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 3% çoxdur.

Azərbaycan həmçinin qaz tədarükü üzrə Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib, çünki o, Rusiya boru kəməri qazının idxalını əvəz etməyə çalışır. 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya hücumundan sonra bu, kəskin şəkildə azaldıldı və nəticədə Avropada qazın qiyməti rekord səviyyəyə çatdı.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button