2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycan dünyanın ən güclü ordularının siyahısında

“Global Firepower” təşkilatının reytinqinə əsasən,2017-ci ildə Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” siyahısında 58-ci yerdə qərarlaşıb. Qoymətləndirmə zamanı 50-dən çox müxtəlif amil nəzərə alınıb.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, reytinq cədvəlində Gürcüstan 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb.

İlk onluqda müvafiq olaraq ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatda qeyd olunur ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər. Məlumatda Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sisteminin olduğu bildirilir.

Dünyanın ən nüfuzlu “Global Firepower Index” reytinqi rGFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməklə məşğuldur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button