2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycan Ermənistandan təzminat ala biləcəkmi?


Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə vurulmuş ziyana görə Ermənistandan təzminat tələb ediləcək.

O bu sözləri dünən, noyabrın 17-də işğaldan azad olunmuş Cəbrayıl rayonuna səfəri zamanı deyib: 

“Bütün infrastruktur, binalar, evlər, məktəblər sökülüb. Cavab verəcəklər, beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir də demək istəyirəm ki, beynəlxalq ekspertlər gələcək, beynəlxalq təşkilatlar gələcək, bütün dəymiş ziyan hesablanacaq. 30 il ərzində bizə vurulan ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcərdə yanğınlar törədən, meşələrdə ağacları kəsənlər bunun da cavabını verəcək”. 

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq ekspertlərin iştirakilə

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, beynəlxalq ekspertlərin iştirakı ilə işğal altında olan ərazilərdə dağıntılara görə dəymiş ziyan qiymətləndiriləcək. 

Hələlik azad olunan ərazilərə hansı beynəlxalq təşkilatların dəvət olunacağı barədə rəsmi məlumat yoxdur. 

Azərbaycan hökuməti hələ 2000-ci ildə İşğaldan Azad olunmuş ərazilərin “Böyük Bərpa” proqramı adlı sənəd hazırlayıb. 

İşğaldan Azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası hələ 10 il öncə bu ərazilərdə ümumi ziyanı 12,72 milyard dollar kimi qiymətləndirilib.

Bu rəqəmi hazırkı qiymətlərə keçirəndə 20 milyard dollar və ya hardasa 33 milyard manat edir. Amma iqtisadi təhlilçi Toğrul Maşallı hesab edir ki, işğaldan azad olunan ərazilərdən yayılan video görüntülər göstərir ki, əslində dəymiş ziyan daha çoxdur. 

 

Hələki rəsmi müraciət olmayıb

Bəs, Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəməyə üz tutsa, dəymiş ziyana görə təzminatı tələb etməsi mümkün olacaqmı? 

Avropa İnsan Haqları məhkəməsinin bu cür qərarların icrası ilə bağlı hansı mexanizmləri var? 

Avropa Şurasının sözçüsü Tatiana Baeva deyir ki, hələki Azərbaycan tərəfindən Avropa İnsan haqları məhkəməsinə şikayət daxil olmayıb. O bildirib ki, Avropa İnsan Haqları məhkəməsinin konkret halla bağlı hər hansı qərarı olmadan fikir söyləməyi tez hesab edir.

Amma o bildirir ki, Avropa Məhkəməsi qərarları verir, lakin dövlətlərin qərarları icra edib, etməməsinə Avropa Birliyinin Nazirlər Komitəsi nəzarət edir.

Nazirlər Komitəsinin isə qərarların icrasını təmin etmək üçün hər iş üzrə fərdi yanaşma və mexanizləri var. 

Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsində silahlı münaqişələrlə bağlı müxtəlif qərarlar olub. 

 

Vaxtilə Napoleon təzminat ala bilmişdi…

Türkiyədə yaşayan tarixçi professor Toğrul İsmayıl deyir ki, yaxın keçmiş tarix göstərir ki, müxtəlif ölkələrdə də bu cür təzminat davaları açıblar və bir çox hallarda həmin təzminatlar təmin olunub: 

“Dünyada bu cür örnəklər çoxdur. Bu hələ ilk vaxtlarda Fransada başlayıb, Napoleon dövründə Fransa təzminat tələbi irəli sürüb. O hələ o vaxt 535 milyon frank civarında təzminat ala bilmişdi. Başqa nümunələrdə də biz bunu görə bilərik. Avropada gedən görə hərbi təzminatlar gündəmə gəlib. Çox böyük məbləğdə vəsaitlər təzminat qismində alınıb”. 

Amma Toğrul İsmayıl hesab edir ki, ən yaxşı yol dəymiş ziyana görə təzminat tələbindənsə, dəymiş ziyanın aradan qaldırılması, bərpa işləri üçün təzminat daha ağılabatan görünür. 

Qarabağda sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər başa çatıb.

Azərbaycan ordusu işğalda olan 5 şəhəri, 200-dən çox kəndi azad etdiyini açıqlayıb. Dekabrın 1-dək isə Laçın, Ağdam və Kəlbəcər rayonlarının da Azərbaycana geri qaytarılması razılaşdırılıb. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button