2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan filmi “Oskar” namizədləri siyahısına daxil edilib

Yayımlandı: 14 Noyabr 2022 17:11

“Yaradanlar” “Xarici dildə ən yaxşı film” nominasiyası uğrunda yarışa bilər

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) “Oskar” mükafatına təqdim olunacaq filmi müəyyənləşdirib.

Saytların yığılması Saytlarin yigilmasi

ARKİ-nin saytında yerləşdirilən məlumatda göstərilir ki, kinoejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) filmi 95 -ci “Oskar” mükafatına namizədlərin siyahısına daxil edilib.

Film 20-ci əsrin Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist – bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.

“Yaradanlar” Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “ Salnamə” kinostudiyasında lentə alınıb.
Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

95-ci “Oskar” mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.

Azərbaycan 2007-ci ildən “Xarici dildə ən yaxşı film” üzrə “Oskar” mükafatına filmlərini təqdim edir.
“Qafqaz” (“Caucasia”) – rejissor Fərid Hümbətov (2007), “Qala” (“Fortress”) – rejissor Şamil Nəcəfzadə (2008), “Sahə” (“ThePrecinct”) rejissor İlqar Safat (2010), “Buta” (“Buta”) – rejissor İqlar Nəcəf(2012), “Çölçü” (“Steppe Man”) – rejissor Şamil Əliyev (2013), “Nabat” (“Nabat”) – rejissor: Elçin Musaoğlu (2014), “Nar bağı” (“Pomegranate Orchard”)– rejissor İlqar Nəcəf (2017), “Daxildəki ada” (“The Island Within”) – rejissor Rüfət Həsənov (2021) filmləri “Oskar”a təqdim olunsa da, namizədlikləri irəli sürülməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button