2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Azərbaycan qeydiyyata görə təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 2-də “Seçkilərin Monitorinq Mərkəzi (SMM) və başqaları Azərbaycana qarşı” işi ilə bağlı qərarını elan edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, məhkəmə ərizəçilərin iddia etdikləri pozuntuları tanıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məhkəmə işi qeyri-hökumət təşkilatlarının ( QHT) qeydiyyatı ilə bağlı olub. Ərizəçilər – təşkilatın təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin dövlət qeydiyyatına alınmasının yubadılmasının, ardınca qeydiyyatın ləğvinin qanunsuzluğundan şikayət etmişdilər.

AİHM hesab edib ki, SMM ilə bağlı hüquqi prosedurlar Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddəsinin pozuntusu ilə müşayiət olunub.

Məhkəmə həmçinin, cavabdeh dövlətin bu işdə Konvensiyanın 34-cü (Fərdi şikayətlər) maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə qərar verib.

Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməlidir.

Qərara, hələlik, Azərbaycan Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Seçkilərin Monitorinq Mərkəzinin təsisçiləri qurumun dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə altı dəfə müraciət etmişdi. Nazirlik sənədlərin qanunvericiliyə uyğun tərtib olunmadığı əsası ilə qeydiyyatdan imtina etmişdi. SMM 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da, aprel ayında nazirlik Mərkəzin qeydiyyatının ləğv edilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. Nazirlik iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması və başqa bu kimi səbəblərlə izah edirdi. May ayında məhkəmə SMM-in qeydiyyatını ləğv etmiş, yuxarı məhkəmələr həmin qərarı qanuni saymışdı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button