2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşün yekunlarına dair şərhi

Bugünki müzakirələrin mövzusu üç ölkə arasında energetika, nəqliyyat, turizm və investisiyalar, habelə bərpaolunan enerji sahələrində strateji əməkdaşlığın möhkəmləndirilməsi olub. Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov brifinqdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün yekunlarını şərh edərkən bildirib. 

O, qeyd edib ki, bu gün Avropa və Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi müzakirə olunub. Bu layihə çərçivəsində fiber-optik kabelin çəkilməsi görüşdə diqqət mərkəzində olub.

Öz növbəsində, Türkiyə XİN başçısı Hakan Fidan bildirib ki, üç ölkə arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsinə dair fikir mübadiləsi aparılıb. Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət, Gürcüstan-Abxaziya və Gürcüstan-Osetiya münaqişələrinin sülh yolu ilə tənzimlənməsi zərurəti vurğulanıb. Eyni zamanda, Gürcüstanın Avroatlantika strukturları ilə yaxınlaşması prosesinə dəstək ifadə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstanın XİN başçısı İliya Darçiaşvili qeyd edib ki, ölkəsi siyasi, ticari, nəqliyyat və energetika sahələrində üçtərəfli əməkdaşlığı daha da fəallaşdırmağa hazırdır.

O, Gürcüstanın energetika və nəqliyyat layihələrində tranzit ölkə kimi fəal iştirakda maraqlı olduğunu bildirib.

Üç nazirin növbəti görüşü Türkiyədə keçiriləcək.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button