2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda 9 qadın narkotik satışına görə həbs edilib

2017-ci ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Lent.az-a verilən məlumata görə,  cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib.
 Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.
Narkotik  vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək,57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı,7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyənlər,630-u kişilər, 9-u qadınlar,7 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button