2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda bağlanmış bankların əmlakı hərracda satılacaq

Azərbaycanda ləğvetmə prosesində olan kommersiya banklarının əmlakının satışı açıq hərrac yolu ilə həyata keçiriləcək.
Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, hazırda bu məqsədlə iki hərrac mərkəzi ilə danışıqlar aparılır: “Bütün əmlakların qiymətləndirilməsi başa çatıb. Əvvəlcədən bu barədə məlumat veriləcək, əmlakın şəkli, ölçüləri, ilkin satış qiyməti bildiriləcək. İstənilən şəxs qaydalara uyğun olaraq beh ödəyəcək və hərrac mərkəzlərində bu hərraclar baş tutacaq. Prosesə həm ADIF, həm də bankların kreditorları nəzarət edəcək. Rübdə bir dəfə kreditorlara əmlakın satışı ilə bağlı hesabat veriləcək”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button