2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb

Azərbaycanda hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılıb.

Toplum TV xəbər verir ki, bu barədə  Prezident İlham Əliyev fevralın 15-də qanun imzalayıb.  

Qanuna əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident bu gün həmçinin hərbi xidmətdə son yaş həddinin dəyişdirilməsi barədə də qanun imzalayıb. 

Qanuna əsasən, dinc dövrdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – 36,5 yaşa qədər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar isə 48 yaşa qədər xidmət edəcəklər.

Sözügedən qanunlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş hesab olunur. 
 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button