2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycandakı siyasi məhbuslarla bağlı Praqada sərgisi keçiriləcək

Fevralın 2-də Çexiyanın paytaxtı Praqada Azərbaycanda «siyasi məhbus» probleminə həsr edilmiş «Məsafə» adlı fotosərgi açılacaq.

Bu barədə məlumatı «Demokratiya naminə İncəsənət» (Art for Democracy) kampaniyası yayıb.

Fotoqraf Cahangir Yusifin «Distance / Məsafə» adlı foto layihəsi 2014-cü ildə həyata keçiriləcəkdi. Layihə rəhbəri- hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən sonra təxirə salınmışdı. «Layihə Azərbaycanda siyasi fəaliyyətinə görə repressiya ilə üzləşmiş, siyasi məhbusları və onların ailə üzvlərini əhatələyir», – layihə müəllifləri bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

«Art for Democracy» kampaniyasının məqsədi ölkədə insan haqlarının, demokratik təsisatların durumuna diqqət yönəltməkdir. 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində «Sing for Democracy» (Demokratiya naminə oxu) kampaniyası başladılmışdı. Sonradan bu kampaniya adını «Art for Democracy»yə dəyişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button