2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1,5 milyonu ötüb

Bu il Gürcüstan ən çox Azərbaycandan xarici ziyarətçi qəbul edib.
APA-nın yerli bürosunun Gürcüstan Milli Turizm Administrasiyasına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 1,556,498 nəfər səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur.
Cari ilin noyabr ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 125 mindən çox (+11,2%) olub.
2017-ci ilin 11 ayı ərzində qonşu ölkəyə ümulikdə 6, 954, 932 xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,4% çoxdur.
Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1,530,864 nəfər), Rusiya (1,309,893) və Türkiyə (1,135,830) vətəndaşları da yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button