2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azərbaycanı yaxın illərdə iqtisadi artım gözləmir”

Azərbaycan iqtisadiyyatı neftdən asılıdır və neft ucuzlaşdığı üçün yaxın illərdə ölkə iqtisadiyyatında artım gözləməyə dəyməz. Belə bir qənaətlə «Moody’s» beynəlxalq reytinq agentliyi çıxış edib.

Agentlik öz hesabatında yazır ki, Azərbaycan qazını Avropaya çıxaracaq boru kəməri 1-3 il sonra fəaliyyətə başlayacaq (2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya). Üstəlik, Avropa qaz tədarükünü şaxələndirəcək və Azərbaycan digər tədarükçülərlə rəqabətə girməli olacaq. Beləliklə, «Şahdəniz» layihəsi çərçivəsində qaz ixracı başlayanda ölkənin gəlirləri ciddi artmayacaq. «Əvvəla, xarici şirkətlər investisiyalarını qaytarmalıdır. İkincisi ortamüddətli perspektivdə qazın bahalanacağı gözlənilmir», – deyə agentlik bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

«Moody’s»in 2017-ci il üzrə proqnozu da pozitiv deyil. Agentlik hesab edir ki. Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası iqtisadi artımın bərpasına mane ola bilər.

«Ümumi Daxili Məhsulun (ÜDM) artımının bir hissəsinin banklar tərəfindən kreditləşmə ilə dəstəklənməsi gözlənilirdi. Belə görünür ki, iqtisadi artım təxirə salınacaq», – deyə agentliyin hesabatında vurğulanır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button