2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanın tənqidi Qərbin ermənipərəst mövqeyi ilə bağlıdır – İ.Əliyev

Bakı/11.01.24/Turan: Xarici qüvvələr daim Azərbaycanın daxili işlərinə qarışırlar və bunun səbəbi Qərb ölkələrinin ermənipərəst mövqeyidir. Bu fikri dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib.

“Hələ 90-cı illərin əvvəllərində bizə qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi. Nəyə görə? Guya ki, biz Ermənistanı blokadada saxlayırıq. Axı, bizim torpaqlarımız işğala məruz qalıb, biz necə blokadada saxlaya bilərik? O vaxt hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, o vaxt Qərbin təqdir etdiyi dırnaqarası demokratik hakimiyyət Azərbaycanda var idi.  Görün o vaxt anti-Azərbaycan hisslər nə qədər geniş vüsət almışdı və ondan sonra biz nə qədər belə əsassız ittihamlara məruz qalmışdıq”, deyə Əliyev bildirib.

“İndi keçmiş hadisələri yeni prizmadan təhlil edərkən görürəm ki, yəqin bizə qarşı olan bu ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək ki, bizim başımız buna qarışsın, biz gecə-gündüz özümüzü müdafiə edək, yaxud da gedək onların qabağında baş əyək, deyək ki, siz bizə sataşmayın… Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı”, deyən Əliyev kimi nəzərdə tutduğunu açıqlamayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin etiraf edib ki, Qərb liderləri onu Ermənistanla sərhəddə Cermuk yaxınlığında ələ keçirilmiş mövqelərdən getməyə çağırıblar. “Mən onlara dedim ki, ermənilərin nə etdiyini gözlərimlə görməliyəm. Bizim daha da irəli getmək niyyətimiz yoxdur, amma istəsəydik gedərdik və bizi heç kim dayandıra bilməzdi”, deyə Əliyev qeyd edib. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button