2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azəriqaz”ın baş direktoru medianın suallarını cavablandıracaq

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media üçün “Açıq qapı” aksiyasına start verdiyini açıqlayıb.

Bu barədə “Azəriqaz” rəhbəri sosial şəbəkədə elan verib.

O bildirib ki, hər həftənin 5-ci günü, saat 10:00-dan 12:00-a qədər istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılacaq: “Burada əsas məqsəd, yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Baş direktor bildirib ki, dəqiqləşdirilməmiş, heç bir fakta söykənməyən xəbərlərin dövriyyəyə buraxılması olduqca təhlükəli tendensiyadır və jurnalistikanın qızıl qaydalarına tamamilə ziddir: “Təəccüblü olan budur ki, dezinformasiyaları dövriyyəyə buraxanlar, üstəlik, buna açıqlama da istəyirlər. Və yalnış xəbərlərə verilən istənilən cavabın təhrif olunması, konteksdən çıxarılma ehtimalı da olduqca böyük olur. Nəticə etibarilə bütün bunlar yanlış təsəvvürün formalaşmasına xidmət edir”.

Ruslan Əliyevin sözlərinə görə, rrtıq bu həftənin 5-ci günündən baş tutacaq “Açıq qapı” adına adekvat olaraq hər bir media nümayəndəsinin üzünə açıq olacaq. 

Aksiya “Azəriqaz”ın inzibati binasında təşkil olunacağı bildirilir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button