2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSosial

“Azərişıq”ASC vətəndaşlardan xəbərsiz sayğacları aktivləşdirdi və…

Ayağa qalxan məcburi köçkünlər magistral yolu bağladı Bakının Novxanı çimərliyi sahilində yerləşən “Sarlqaya” yaşayış massivindəki məcburi köçkün düşərgələrində “Azərişıq” ASC tərəfindən işıq sayğaclarının quraşdırılması vətəndaşların ciddi narazılığına səbəb olub. Məcburi köçkünlər hesab edir ki, qaz xəttinin olmadığı və yeganə enerji mənbəyinin elekrtrik olduğu düşərgələrdə işıq sayğaclarının quraşdırılması vətəndaşların dilənçi kökünə salınması, müflis edilməsi deməkdir. 24saat.org-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, təxminən iki gün bundan öncə “Azərişıq” ASC əməkdaşları mənzillərə quraşdırılan, amma şəbəkəyə qoşulmayan sayğacları vətəndaşlardan xəbərsiz aktivləşdirib. Bundan xəbər tutan vətəndaşlar baş verənlərə etiraz əlaməti olaraq magistral yolu bağlayıb. Hadisə yerinə gələn polis əməkdaşları bəlli bir müddətdən sonra yolun açılmasını təmin edə bilib. Vəziyyətin gərginliyini görən “Azərişıq”ASC-nin nümayəndələri sayğaclama prosesini dayandırıb. Səlahiyyət sahiblərinin vətəndaşlara verdiyi açıqlamaya görə, sayğaclama prosesinə qaz çəkilişindən sonra start veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button