2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"Azadlıq Radiosu"nun jurnalisti 5 aydır Rusiya həbsxanasındadır

“Azadlıq Radiosu”nun amerikalı jurnalisti Alsu Kurmaşeva beş aydır Rusiya həbsxanasındadır. O, oktyabrın 18-də Kazanda saxlanılıb və iki qızı və həyat yoldaşı ilə əlaqədən məhrum edilib. Ötən həftə ailəsi ABŞ Dövlət Departamentinin Alsunun “qanunsuz olaraq saxlanıldığını” elan edəcəyinə ümidini ifadə edib.

Turan-ın müxbirinin Dövlət Departamentinin həbsin qanunsuz olduğunu bəyan etməsi üçün niyə bu qədər vaxt tələb olunduğu haqqında sualına cavabda mətbuat katibinin müavini Vedant Patel deyib ki, buna “bir sıra amillər” təsir edib. 

Rusiyada ikili vətəndaşlığı olan şəxs saxlanıldıqda Kreml konsulluq xidmətinin saxlanılan şəxslə əlaqə saxlamasına imkan vermir. “Buna görə onların belə davranması təəccüblü deyil”, deyə o, əlavə edib. 

Saytların yığılması Saytlarin yigilmasi

“Biz hesab edirik ki, onun həbsi Rusiyada jurnalistlərin saxta ittihamlarla özbaşına həbsi silsiləsində daha bir faktdır”, deyə Patel qeyd edib.

Alsu Kurmaşeva 25 ilə yaxındır Azad Avropa Radiosunun / Azadlıq Radiosunun Tatarıstan-Başqırdıstan xidmətində işləyir, o, ailəvi məsələlərlə əlaqədar ötən ilin mayında Tatarıstana gəlib. İyunun 2-də geri qayıdarkən pasportu müsadirə edilib, oktyabrda o, qeydiyyatdan keçmədiyinə görə “xarici casus” kimi saxlanılıb. İki ay sonra isə ona qarşı Rusiya ordusu haqqında yalan məlumat yaymaq ittihamı irəli sürülüb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button