2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Azı 15 nəfərin həlak olduğu binada xilasetmə işləri gedir

Ukrayna ordusunun Baş Qərargahı iyulun 11-də səhər bildirib ki, Rusiya qüvvələri ölkənin şərqində Ukrayna yaşayış məntəqələrini atəşə tutmaqdadır

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna xilasediciləri şərqi Donetsk regionunda Rusiya raketlərinin partlatdığı beşmərtəbəli binada axtarış işlərini davam etdirirlər. Hücumda azı 15 nəfər həlak olub. Ukrayna hərbi komandanlığı Kremlin ölkənin şərqində hücumları intensivləşdirməyə hazırlaşması haqda xəbərdarlıq edib.

Rusiya qüvvələri Luqanskın böyük hissəsini ələ keçirəndən sonra Donetskdə hücumu gücləndiriblər.

Rəsmilər Çasov Yar şəhərindəki binanın dağıntıları altında onlarla adamın qala biləcəyini deyirlər.

“Xilasetmə əməliyyatı zamanı hadisə yerindən 15 meyit tapılıb, beş nəfər dağıntılar altından çıxarılıb”, – təhlükəsizlik xidməti əməkdaşları iyulun 11-də Çasov Yardan Facebook-da canlı yayımda deyiblər.

Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko isə daha öncə Telegram-da qeyd edib ki, Rusiyanın Uraqan raketilə vurulmuş binanın dağıntıları altında azı 30 nəfər “qalıb”.

Hərbi cinayətlər

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Çasov Yara hücum onu bu həftə öz gündəminə hərbi cinayətlər mövzusunu salmağa vadar edib.

“İşğal başlayandan Ukraynanın hüquq-mühafizə əməkdaşları işğalçıların cinayətlərini sənədləşdirmək və dəlil toplamaq üçün gərəkən hər şeyi ediblər”, – Zelenski iyulun 10-da videomüraciətində deyib.

Onun sözlərinə görə, planlaşdırdığı danışıqlar “Rusiya hərbi cinayətkarlarının cəzalandırılmasına töhfəsini verəcək”.

Kirilenko hücumun iyulun 9-da axşam baş verdiyini deyib. Çasov Yar son vaxtlar Rusiya qüvvələrinin hücumuna məruz qalan Kramatorsk şəhərinin 20 kilometrliyində yerləşir, 12 minədək sakini var.

Ukrayna prezident idarəsinin başçısı Andrey Yermak zərbəni “daha bir terror hücumu” adlandırıb, Rusiyanın “terrorçuluğu dəstəkləyən dövlət” kateqoriyasına salınmalı olduğunu deyib.

Cəbhədə vəziyyət

Rusiyanın Müdafiə Nazirliyi iyulun 10-da keçirdiyi brifinqdə Çasov Yardakı hücumdan danışmayıb.

Donetsk və Luqansk Ukraynanın Donbas regionuna daxildir. Rusiya fevralın 24-də Ukraynanı işğala başlayanda paytaxt Kiyevi tuta bilməyəndən sonra bu region tam ələ keçirməyə fokuslanıb.

Rusiya qüvvələri Ukraynanın cənubunda böyük ərazilər ələ keçirərək onları 2014-cü ildə ilhaq etdikləri Krım yarımadasına birləşdirib.

Ukrayna ordusunun Baş Qərargahı iyulun 11-də səhər bildirib ki, Rusiya qüvvələri ölkənin şərqində Ukrayna yaşayış məntəqələrini atəşə tutmaqdadır. Donetsk istiqamətində, Kramatorsk və Baxmutda əməliyyatların intensivləşməsinə hazırlıq əlamətlərinin olduğu deyilir. Marinka istiqamətində hücumun iflas etdiyi bildirilsə də, bu iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Xerson

TASS iyulun 10-da Xersonda Rusiya havadan müdafiə sistemlərinin işə salındığını, şəhərin mərkəzində dörd partlayış eşidildiyini yazır.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk dinc sakinləri şəhəri və Xerson vilayətini tərk etməyə çağırıb.

“Döyüş, artilleriya atəşi olacağı aydındır… buna görə də adamları dərhal çıxmağa çağırırıq”, – o, iyulun 10-da dövlət televiziyasına deyib.

Xerson şəhərində müharibəyədək 300 minədək sakin yaşayırdı. Müharibənin ilk həftələrində Xerson vilayətinin böyük hissəsi Rusiyanın nəzarətinə keçib və şəhərdə indi nə qədər sakinin qaldığı bəlli deyil.

ABŞ iyulun 8-də Ukraynaya əlavə dörd ədəd HIMARS artilleriya raket sistemləri göndərəcəyini açıqlayıb. Ukraynannın müdafiə naziri Oleksey Reznikov isə iyulun 10-da deyib ki, ABŞ-ın uzaq hədəfli yaylım atəşi sistemləri döyüş zonasında artıq “böyük fərq” yaradıb.

24 saat” “
Azı 15 nəfərin həlak olduğu binada xilasetmə işləri gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button