2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

AzTV sədrinə qarşı şok ittiham – PREZİDENTİN KASETLƏRİNİ DƏYİŞİB!

Nailə Quliyeva: Cəmiyyət A.Alışanovun əməlləri barədə çox az şey bilir

“AzTV-nin çox əməkdaşı o vaxt maliyyə üzrə sədr müavini olan A.Alışanovun “Xəbərlər”də prezidentin kasetlərinin dəyişik düşməsini təşkil etməsindən xəbərdardır” – 24saat.org saytı xəbər verir ki, bu sözləri uzun illər AzTV-də çalışmış Nailə Quliyeva özünün Feysbuk profilində yazıb. O, jurnalist Q.Məhərrəmlinin məhkəmə çıxışına münasibət bildirərkən qeyd edib ki, həm məhkəmənin sifariş yerinə yetirdiyini, həm də A.Alışanovun hansı yuvanın quşu olduğunu açıb ortaya qoymaq baxımından bu, məzmunlu çıxışdır. Lakin o, bəzi qəzet və saytlarda bu çıxışın “flankəs bütün sirləri açıb-tökdü” şəklində təqdim olunması ilə razı deyil. Onun fikrincə, bu çıxışda heç bir sirr açılmayıb. N.Quliyeva bunları vurğulayır:

“Yəqin Qulu müəllim inciməz deyim ki, o, məhkəmədə keçmış dostu A.Alışanovun heç bir sirrini açmayıb. Məsələn, Alışanovun oğru, rüşvətxor və sədrliyə yaramaz olması sirr deyil. Amma çox adam bilmir ki, tutduğu vəzifəyə layiq olmayan bu adam sədrliyə hansı yollarla gəlib. İctimaiyyət bilmir ki, bu adam sədr N.Xudiyevi yıxmaq üçün hansı oyunlardan çıxıb, ona qarşı hansı gizli kampaniyanı aparıb, musiqi kollektivlərini kütləvi etiraza qaldırmaq üçün hansı üsullara əl atıb, necə mitinqlər təşkil edib, bunun üçün kimlərə pul paylayıb, TV-nin baş redaktorlarını rəhbərliyə qarşı qaldırmaq üçün nələrə əl atıb?

Saytların yığılması Saytlarin yigilmasi

AzTV əməkdaşları o vaxt maliyyə üzrə müavin olan A.Alışanovun efir vaxtı “Xəbərlər”də tez-tez peyda olmasını unutmayıblar. Çox adam onun rejissorları necə ələ alaraq tez-tez prezidentin kasetlərinin dəyişik düşməsini təşkil etdiyindən xəbərdardır (bu barədə bəzi qəzetlər də yazıb). Kasetlərin dəyişik salınması, prezident materialının birinci getməməsi siyasi risq, qorxu və böyük stresə səbəb olan gərginlik yaradırdı. Məhz Alışanovun növbəti sabotajı zamanı gərginliyə tab gətirməyən baş rejissor Cahid Nəzərov elə efir otağında -“Xəbərlər”in efir pultu arxasında ürək tutmasından (iyun 1996) dünyasını dəyişmişdi. Onda A.Alışanov yas mərasiminin xərcini çəkməklə rejissorun yaxınlarının qəzəbindən özünü sığortalaya bilmişdi”.
N.Quliyeva A.Alışanovun sədrliyi dövründə iş yerində əsəb və gərginlikdən dünyasını dəyişmiş başqa əməkdaşlar haqqında da söz açır və gizlədilən bu məlumatların sirr olduğunu qeyd edir. “Bax, sirr deyəndə məncə, bunlardan danışmaq lazımdır. Amma təəssüf ki, Qulu müəllim bunları demir. Məncə, bu barədə, eləcə də Alışanovun başqa oyunları haqqında danışmağın zamanı gəlmişdir. Və şəxsən mən AzTV sədri haqqında bildiklərimi hər yerdə, o cümlədən məhkəmələrdə də söyləməyə hazıram” – deyə N.Quliyeva bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button