2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bəxtiyar Hacıyevin şikayəti üzrə cinayət işi açılıb

İctimai fəal Bəxtiyar Hacıyevin aprelin 21-də küçədən oğurlanaraq təzyiqlərə məruz qalması şikayəti əsasında cinayət işi açılıb

Saytların yığılması Saytlarin yigilmasi

İctimai fəal Bəxtiyar Hacıyevin aprelin 21-də küçədən oğurlanaraq təzyiqlərə məruz qalması şikayəti əsasında cinayət işi açılıb.

Bu barədə Bəxtiyar Hacıyevin özü məlumat verib.

Fəalın sözlərinə görə, onu bugün, aprelin 25-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsisi qəbul edib:

“Mənə qarşı törədilmiş cinayətdən 4 gün keçib, məsələ nazirin nəzarətindədir, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, cinayət məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb”.

Lakin o araşdırmanın nəticələrinə şübhə ilə yanaşdığını da qeyd edib:

“Günün böyük hissəsinin kağız-kuğuz, sənəd-sünəd, ərizə-izahat, “özüm yazmışam, imzamla təsdiq edirəm” kimi sovet dövründən qalma formallığa sərf olunması, yalnız 17:00 radələrində hadisənin baş verdiyi əraziyə baxış keçirilməsi məndə belə təəssürat yaradır ki, bu da əvvəlki “araşdırmalar” kimi nəticələnəcək”.

Hacıyev hələ də təhlükəsizlik kameralarının görüntülərinin olmamasını vurğulayıb.

DİN Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də qeyd edib ki, hazırda həmin məsələ ilə bağlı Bəxtiyar Hacıyevin bildirdiklərindən başqa hər hansı yeni məlumat yoxdur.

4 gün əvvəl…

İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-də saat 23 radələrində Bakı şəhərində evə gedərkən M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirərək naməlum yerə aparıblar:

“Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim.”

Onun sözlərinə görə, heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb, tələb ediblər ki, postlarını silsin: “Bu tələblə əksər postları sildirdilər”.

DİN mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev də Bəxtiyar Hacıyevin həmin açıqlamasından sonra belə bir məlumat yaymışdı:

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.

Bəxtiyar Hacıyev son bir ildə şikayətlərinin araşdırılmaması və polisin yüksək rütbəli əməkdaşları tərəfindən təhdid edilməsi ilə bağlı bir neçə dəfə açıqlama yayaraq, daxili işlər nazirini tənqid etmişdi.

Amma DİN-dən onun təhdid edilməsi ilə bağlı dediklərini təkzib etmişdilər.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

24 saat” “
Bəxtiyar Hacıyevin şikayəti üzrə cinayət işi açılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button