2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bələdiyyə sədri: “Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Ərdoğana sahib çıxın deyirlər”

“Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Rəcəb Tayyib Ərdoğana sahib çıxın deyirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Beykoz Bələdiyyəsinin sədri Murad Aydın hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mayın 27-də İstanbul şəhərinin Beykoz rayonunda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Suriya, İraq, Ukrayna kimi olmaq istəmir: “Buna görə də Rəcəb Tayyib Ərdoğanı sevirik. ABŞ-da deyirlər ki, 2023-cü ilin ən önəmli hadisəsi Türkiyədəki seçkilərdir. Mən dünyanın bir çox ölkəsinə səfər etmişəm. Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Rəcəb Tayyib Ərdoğana sahib çıxın deyirlər”, – deyə o qeyd edib.

M.Aydın Beykoz sakinlərinin sabah ən düzgün qərarı verəcəyinə inandığını söyləyib: “Bu ölkənin gələcəyi və məzlumların ümidi olmaq üçün xalqımız bir daha öz liderinə sahib çıxacaq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button